“Maşın”ın sahibi bəlli oldu

  • Müəllif: admin
  • 31 Dekabr 2018 13:25
“Maşın” şouda bir neçə gündür aparıcılar Ranar Musayevlə Xəyalə Quliyeva arasında davam edən mübarizə bitib.
Gununsesi.org  Axşam.az-a istinadən bildirir ki, 17-ci buraxılışın qalibi artıq bəllidir. Bu haqda layihənin rəhbəri, xalq artisti Murad Dadaşov xəbər verib.
İnstaqram səhifəsində paylaşım edən şoumen “Qalibimiz var. Sizcə kimdir” sözlərini yazıb. Avtomobilin sahibinin adı bu gün canlı yayımda açıqlanacaq.