MDB PA müşahidəçiləri Səbaildə səsvermənin başlamasını izlədilər

  • Müəllif: admin
  • 26 Sentyabr 2016 08:23

7db603391b8a3f8ac808a71a50058916

MDB Parlamentlәrarası Assambleyasının müşahidә missiyasının üzvləri Azәrbaycan Prezidenti yanında Dövlәt İdarәçilik Akademiyasındakı 29 saylı Sәbail Seçki Dairәsinin 2 saylı seçki mәntәqәsindә referendumun başlamasını müşahidә ediblәr.  

Gununsesi.info-nun APA-ya istinadən  xəbərinə görә, müşahidә missiyasının rәhbәri İlyas Umaxanov seçki mәntәqәsinin sәsvermә prosesinә hazırlığını müşahidә etdiklərini deyib.

Qeyd edək ki, bu seçki mәntәqәsindәki seçici siyahısında 1304 nәfәrin adı var.

Gununsesi.info