Meksika səfiri LDU-da olub - FOTOLAR

  • Müəllif: admin
  • 07 İyun 2017 08:30

unnamed (2)

Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores  cənub bölgəsinə işgüzar səfəri çərçivəsində Lənkəran Dövlət Universitetinə (LDU) baş çəkib.

Gununsesi.info xəbər verir ki,  səfiri LDU-nun rektoru vəzifəsini müvəqqəti icra edən professor Natiq İbrahimov qarşılayıb.

Professor N.İbrahimov səfirin bu təhsil ocağına gəlişindən bütün kollektivin məmnun olduğunu deyib və hörmətli qonağa 25 illik tarixi olan LDU  barədə ətraflı məlumat verib. Universitetin beynəlxalq əlaqələrə daim önəm verdiyini deyən professor N.İbrahimov LDU ilə Türkiyə, Rusiya,Şərqi və Qərbi Avropa ölkələrinin ali məktəbləri  arasında son illərdə yaranan dostluq əlaqələrindən söz açıb.

Ətraflı məlumata və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores  Azərbaycanla təmsil etdiyi ölkəsi arasında son illərdə yaranan mədəni və iqtisadi əlaqələrdən danışıb, bu əlaqələrin hər iki dövlətin və xalqın mənafeyinə xidmət etdiyini deyib.Azərbaycanın bölgələri,xüsusən Lənkəranla iqtisadi və mədəni sferada əlaqələrin qurulmasında maraqlı olduğunu deyən səfir bu işdə LDU-nun önəmli rol oynaya biləcəyini xüsusi vurğulayıb.Universitetlə ilk tanışlığın onda xoş,müsbət hisslər doğurduğunu deyən Meksika rəsmisi gələcəkdə bu  təhsil müəssisəsi  ilə ölkəsindəki ali məktəblərin birgə elmi və tələbə mübadiləsinin səmərəli ola biləcəyini deyib.Professor Natiq İbrahimov  hörmətli qonağın dediklərinə şərik çıxıb və görüş zamanı  gələcəkdə elmi-təcrübi əməkdaşlığın  bütün mümkün istiqamətləri birgə müzakirə edilib.

Səmimi görüşdən xatirə kimi LDU rəsmisi, professor N.İbrahimov universitet tələbəsinin cənub təbiətini əks etdirən rəsm əsərini səfirə hədiyyə edib.

Diqqətə görə minnətdarlıq bildirən səfir universitetin xatirə kitabına ürək sözlərini yazıb.”Yeni nəsil burda formalaşır.Universitet gələcəyin məkanıdır.Ölkələrin inkişafını elmin inkişafı təmin edir.Bu görüş Meksika ilə Azərbaycan arasında çoxşaxəli əlaqələr üçün bir cığır olacaq”.

unnamed (3) unnamed (1)

Gununsesi.info