Messi 700-cü oyununda tarixi rekorda imza atdı - VİDEO

  • By admin
  • 28 Noyabr 2019 10:44

Ötən gecə UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən “Barselona” – “Borussia Dortmund” qarşılaşması katalon klubunun kapitanı Lionel Messi üçün əlamətdar olub.

Gununsesi.org  xəbər verir ki, “Barselona” forması ilə 700-cü oyununa çıxan Messi eyni zamanda tarixi rekorda imza atıb.

Belə ki, Lionel Messi Çempionlar Liqası tarixində 34 fərqli komandaya qol vurmağı bacaran ilk oyunçu adını qazanıb.

 

3-1 hesabı ilə başa çatan oyunda argentinalı hücumçu 1 qol, 2 assistlə yadda qalıb. “Barsa” forması ilə ümumilikdə 700 oyuna çıxan Messi 613 qol vurub, 239 məhsuldar ötürmə edib.