Meyxanaçı Kərimin beyninə qan sızdı

  • Müəllif: admin
  • 05 Aprel 2017 15:10

kerim0026

Məşhur meyxanaçı Kərimin beyninə qəfil  qan sızıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə unikal.org-a meyxanaçının bacısı oğlu  Rüstəm məlumat verib. O, bildirib ki, meyxanaçı  Mərkəzi Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib:

“Bu hadisə keçən həftənin cümə axşamı günü baş verib. Şəhər xəstəxanalarının birində idi. Amma səhhətində heç bir irəliləyiş olmadığına görə, Mərkəzi Kliniki Xəstəxanaya gətirildi. Dayım Kərim bazar günündən reanimasiyadadır. Artıq yavaş-yavaş özünə gəlir. Bir neçə gündən sonra palataya köçürülməsi gözlənilir”.

Gununsesi.info