Millət vəkili tarixçinin müdafiəsinə qalxdı

  • Müəllif: admin
  • 26 Yanvar 2017 14:50

 

ganire

“Agentliklərimizdə yayılan bu xəbərə biganə qalmamalıyıq. Özəlliklə qardaş Özbəkistandakı Azərbaycan diasporu, bu ölkə ilə çalışan qurumlarımız Şuxrat Salamova dəstək olmalı, erməni lobbisi və Ermənistanın ona qarşı çirkin təbliğatına, məqsədlərinə çatmalarına imkan verməməliyik”.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda millət vəkili Qənirə Paşayeva Özbəkistan tarixçisi Şuxrat  Salamova qarşı erməni lobbisinin apardığı  anti-təbliğatla bağlı yayılan xəbərlərə münasibət bildirərkən belə deyib.

Ş.Salamovun müdafiəsinə qalxan  millət vəkili qeyd edib ki,  ölkəmizin Özbəkistandakı səfiri müəllifin  “Qarabağ: ideyalar müharibəsi” və “Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitabını  ona hədiyyə edib: “ Şuxrat bəy Qarabağ: ideyalar müharibəsi” və “Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitabını  mənə hədiyyə edib. Oxudum. Erməni yalanlarını Özbəkistan cəmiyyətiinə çatdırmaqda ən tutarlı kitabdır. Buna qədər bir Özbəkistan türkünün erməni yalanları ilə bağlı belə kitabına rast gəlməmişdim. Görünür,  erməni diasporu, lobbisi və Ermənistan Özbəkistan cəmiyyəti arasında həqiqətlərin geniş yayılmasından bərk narahat olub və ona qarşı çirkin əməllərə əl atmağa başlayıblar.

Bununla  başqalarına da mesaj vermək istəyirlər ki, kim belə bir mövqe ortaya qoysa, ona qarşı da bu cür addımlar atacağıq. Şuxrat bəyi müdafiə etmək hamımızın borcumuzdur. Özbəkistanda və dünyanın hər yerində yaşayan özbək türkləri qardaşlarımıza, dostlara da səslənərək, gəlin,  ermənilərin Şuxrat bəyə qarşı çirkin əməllərinin məqsədlərinə çatmasına imkan verməyək. Gəlin, Şuxrat bəyə daha çox dəstək olaq”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info