“Milli Hərəkat” partiyasının liderinin avtomobili partladı

  • By admin
  • 04 Oktyabr 2016 23:56

4b208095741fed5bc9d912b31437ed6b

Bu gün Tiflisdə axşam radələrində “Milli Hərəkat” partiyasının liderlərindən biri olan Givi Tarqamadzenin avtomobilində partlayış baş verib.

Gununsesi.info-nun APA-nın Gürcüstan bürosuna istinadən məlumatına görə,  hadisə ilə bağlı Givi Tarqamadze  “Rustavi 2” televiziyasına açıqlama verib. O, avtomobilinin məsafədən idarə olunan qurğu vasitəsi ilə partladıldığını bildirib:

“Mənim avtomobilim qaz ilə işləyir, məlumat yayılıb ki, guya avtomobildə qaz balonu partlayıb. Bu, həqiqət deyil. Avtomobilim uzaqdan idarə edilən partlayıcı qurğu ilə partladılıb”.

G. Tarqamadze son günlər ona qarşı telefon zəngləri ilə təhdidlər olubmu sualını cavablandırmaq istəməyib.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Gununsesi.info