
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması meydanı başıaşağı tərk edib.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində ilk oyununu keçirib. Bosniya və Herseqovina komandası ilə qarşılaşan futbolçularımız məğlub olub – 0:3.
Qeyd edək ki, yığmamız turnirdə növbəti oyununu aprelin 27-də Monteneqro komandasına qarşı keçirəcək.
Anar
Gununsesi.info









