Millimizin futbolçusu Almaniya klubundan qovuldu

Millimizin futbolçusu Almaniya klubundan qovuldu

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Almaniyanın “Ayntraxt” klubundan qovulub. 

Gununsesi.info xəbər verir ki, buna futbolçunun intizamsızlığı səbəb olub.

Əvvəllər də bir neçə dəfə qeyri-etik davranışlara yol verən hücumçunun komanda yoldaşı ilə dalaşması rəhbərliyin səbir kasasını daşırıb. Frankfurt təmsilçisinin gənc futbolçular üzrə şöbəsinin rəhbəri Armin Kraats qərarın qəti olduğunu bildirib:

“Onu intizamsızlıq səbəbindən komandadan kənarlaşdırdıq. Renat məşqlərə buraxılmayacaq. Yeni baş məşqçi yenidən imkan yaratmışdı. Lakin bundan artıq şans verilməyəcək”.

Müqavilə ilə 2020-ci ilin iyununa qədər “Ayntraxt”a məxsus olan Renatla bağlı qərara əsas komandanın baş məşqçisi Niko Kovaç da etiraz etməyib:

“Rəhbərliyin Dadaşovla bağlı qərarından xəbərim var. Bununla tam razıyam”.

Qeyd edək ki, Renat Dadaşov məşqdən sonra komanda yoldaşı ilə dalaşaraq, ona xəsarət yetirib. Bu, həmyerlimizin ilk intizamsızlığı deyil.

Bir neçə həftə əvvəl məşqdə komanda yoldaşına qarşı kobudluq edən millimizin üzvü onu zədələmişdi. Bu hərəkətindən sonra isə köməkçi məşqçi Uve Bindevald ilə mübahisə edərək, onu təhqir etməkdən də çəkinməmişdi.

COMMENTS