Milyarderin əsl ölüm səbəbi üzə çıxdı

  • By admin
  • 18 Dekabr 2017 08:10

Toronto polisi kanadalı milyarder Barri Şermanın və onun həyat yoldaşı Xaninin kəndirlə boğaraq öldürüldüyünü müəyyənləşdirib.

Gununsesi.info xəbər verir ki, keçirilmiş məhkəmə-tibbi ekspertiza ölüm səbəbinin boğulma olduğunu üzə çıxarıb.

Qeyd edək ki, dekabrın 16-da “Apotex” əczaçı şirkətinin sahibi milyarder Barri Şerman və onun həyat yoldaşı Xani Şerman Torontodakı evlərində ölü tapılıblar.

“Canadian Business” dərgisi bundan əvvəl B.Şermanı Kanadanın ən zəngin sakinlərinin siyahısına daxil edib.

Gununsesi.info