Mingəçevirdə avtomobil ana və 3 uşağını vuraraq ağır xəsarət yetirib

  • By admin
  • 13 İyun 2018 21:29


Mingəçevirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə şəhərin Kür çayı üzərindən keçən körpüsü üzərində baş verib.

“VAZ-2101” markalı avtomobil ananı və 3 azyaşlı övladını vuraraq ağır xəsarət yetirib. Yaralılar hadisəni törədən sürücü və digər şəxslər tərəfindən xəstəxanaya yerləşdirilib.

 

Gununsesi.info