Mingəçevirdə zavod qarət olundu

  • By admin
  • 02 Aprel 2018 13:56

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisindəki zavodlardan birinin inzibati binasından oğurluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oradan 1 ədəd kompüter, 1 ədəd surətçıxaran aparat, 1 ədəd mühərrik və digər əşyaların oğurlandığı məlum olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun şəhər sakini Pərviz Nəbiyev olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Gununsesi.info