Mirşahinə ABŞ-dan doğum günü təbriki -100 İL BUNDAN SONRA DA UNUDULMAYACAQSAN

  • By admin
  • 13 Noyabr 2016 09:17
teleqraf.com1418587682Mirshahin
Gununsesi.info-ya Yardımlı Xeyriyyə Cəmiyyəti tərəfindən təbrik məktubu daxil olub. Cəmiyyətin hazırda ABŞ-da yaşayan sədri Elman Eldaroğlu bu gün doğum gününü qeyd edən Mirşahin Ağayevi təbrik edir. Təbrik məktubunu olduğu kimi təqdim edirik:
“Dəsti-xətti ilə Azərbaycanın televiziya məkanında möhürünü vuran qələm adamlarından biri də Mirşahindir. Haqqında təzadlı fikirlər söyləyən adamlar tapılsa da Mirşahin Mirşahindi. Əzəməti ilə Azərbaycanın jurnalistika tarixinə həkk olunub. 100 il bundan sonra da adı yaşayacaq…
Mirşahin Ağayev 1963-cü ilin noyabr ayının 12-də Yardımlı rayonunda anadan olub, orada böyüyüb, ərsəyə çatıb. Amma ölkənin ən böyük azərbaycanlılarından biridir.
Bu gün onun 53 yaşı tamam olur. Yardımlı Xeyriyyə Cəmiyyəti Onu bu münasibətlə təbrik edir, Ona uzun ömür, can sağlığı, firəvan həyat və yaradıcılıq uğurları arzulayır.
Biz Səninlə fəxr edirik, Mirşahin!”