Mirşahin Ağayev: "Tezliklə haqq-ədalət öz yerini tapacaq"

  • By admin
  • 29 İyul 2016 14:47

teleqraf.com1418587682Mirshahin

Xəbər verdiyimiz kimi, bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) “ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxılıb və Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən prosesdə telekanalın lisenziyasının ləğv edilməsi ilə bağlı qərar verilib.

Gununsesi.info-nun məlumatına görə,  ANS MYMŞ-in baş direktoru Mirşahin Ağayev məhkəmənin qərarı ilə bağlı bunları deyib: “Bu gün məhlkəmə olub. Məhkəmə ANS Media və Yayım Şirkətinin lisensiyasına xitam verilməsi barədə qərara qəbul edib. Təbii ki, biz bu qərarla razı deyilik. Bu qərardan müvafiq digər instansiyalara şikayətlə müraciət edəcəyik. İllah da ona görə ki, bu gün məhkəmənin özündə etiraf olunub ki, biz heç bir anons-filan verməmişik və ona görə də ümid edirəm ki, tezliklə haqq-ədalət öz yerini tapacaq”.

Gununsesi.info