Nazirdən Ağ Evin açıqlamalarına təpki

  • By admin
  • 29 İyul 2016 14:21

cavuska

 

“Türkiyə Silahı Qüvvələrindəki islahatlar və təmizləmələr İŞİD-lə mübarizəni zəiflətməyəcək, əksinə daha da qüvvətləndirəcək”.

Gununsesi.info “Haberturk”-ə istinadən xəbər verir ki, bu fikri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Birləşmiş ordu komandanı Cozep Votelin 15 iyuldan sonra Türk ordusundakı həbslərin “İŞİD”-lə mübarizəyə mənfi təsir edəcəyi ilə bağlı açıqlamalarına mövqeyini bildirərkən deyib. Rusiya ilə münasibətlərə gəldikdə isə M.Çavuşoğlu bildirib ki, Ankaranın Moskva ilə münasibətlərinin normallaşması NATO və Avropa Birliyinə alternativ olmaq  deyil.

Qeyd edək ki, amerikalı general Cozep Votel açıqlamasında bildirmişdi ki, 15 iyul hadisələrindən sonra Türkiyədə bir çox müttəfiqlərimiz həbs olunub və bu da İŞİD-lə mübarizəyə mənfi təsir edir. Bununla yanaşı, ABŞ Milli Kəşfiyyat İdarəsinin şefi Ceyms Klapper də Cozep Votel kimi türk zabitlərinin həbsinin İŞİD-lə mübarizədə öz mənfi təsir göstərəcəyindən narahatçılığın dilə gətirib.

Gununsesi.info