Mirşahinin telekanalı martın 12-də yayıma BAŞLAYIR

  • Müəllif: admin
  • 10 Mart 2018 10:20

“Real” TV-nin peyk yayımına başlayacağı tarix məlum olub.

Gununsesi.info xəbər verir ki,Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov apa-ya bildirib ki, “Real” TV-nin martın 12-dən sonra “Azərspace-1” peykində yayıma başlaması nəzərdə tutulub.

Qeyd edək ki, martın 5-də MTRŞ-da “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.
“Real” TV-nin baş direktoru Mirşahin Ağayevdir.

Gununsesi.info