Mişel Forst ilə Elmira Süleymanova ilə görüşüb

  • By admin
  • 22 Sentyabr 2016 14:12

elmira

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst ilə görüşüb.

Gununsesi.info-nun xəbərinə görə, görüşdə Azərbaycanda insan hüquqları müdafiəçilərinin hüquqlarının təmini ilə bağlı müvəkkilin fəaliyyəti haqda qonağa məlumat verilib. Söhbət zamanı ombudsman insan hüquqları sahəsində, həmçinin işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizmin (MPM) fəaliyyəti, bu istiqamətdə görülmüş işlər haqqında danışıb.

Görüş zamanı E.Süleymanova  qonağı maraqlandıran sualları cavablandırıb.

Gülnaz Qənbərli

Gununsesi.info