
Fransanın “Monako” klubu heyətinə yeni qapıçı cəlb edib.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 19 yaşlı Alvaro Fernandes Lorente ilə 2020-ci ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Osasuna”nın yetirməsi olan qolkiper əsas komandada cəmi bir oyun keçirib. O, İspaniyanın U-19 millisinin də üzvüdür.
Gununsesi.info