Moskva- Yerevan reysində bomba həyəcanı

  • By admin
  • 09 Sentyabr 2019 11:42

Sentyabrın 9-da Moskvadan Yerevana uçan təyyarədə insident qeydə alınıb.

Gununsesi.org-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiyanın “Sibir” aviaşirkətinə məxsus təyyarə ilə Yeravana uçan sərnişinlərdən biri əl çantasında bomba olduğunu bəyan edib. Bundan sonra hadisə yerinə Ermənistan Mülki Aviasiya Komitəsinin əməkdaşları və polis cəlb edilib.

Sərnişinlər təxliyyə edilib. Axtarışlar nəticəsində bomba aşkarlanmayıb.

Həmin şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org