MTN-nin şöbə rəisi məhkəmədə son söz dedi - VÜSAL ƏLƏKBƏROV ONA ŞƏR ATILDIĞINI BİLDİRİB

  • By admin
  • 07 İyul 2017 18:55

eldar movlan vusal

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun məlumatına görə, bu gün Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Vüsal Ələkbərovun vəkili Hafiz Ələsgərovun məktubu elan edilib.

Vəkil həmin məktubunda məhkəməyə gələ bilməyəcəyini və prosesin təxirə salınmasını istəyib. Dövlət ittihamçısı Vüqar Quliyev bildirib ki, təqsirləndirilən şəxsin müdafiəçiləri çıxış edib və hazırda son sözlə çıxış etmək üçün təqsirlədəndirilən şəxsə verilən vaxt bitib. Zərərçəkmişlər də prosesin təxirə salınması barədə müdafiəçinin məktubuna etiraz ediblər.

Vüsal Ələkbərov bildirib ki, vəkil ilə müqavilə bağlayıb və onun prosesdə iştirak etməsi təmin edilsin. Hakim təqsirləndirilən şəxsin vəkilinə çıxış etmək üçün vaxt verilmədiyini, vəkillərin çıxış etmək mərhələsinin başa çatdığını, son sözlə Vüsal Ələkbərov sonuncu prosesdə vaxt istədiyini qeyd edib.

Hakim deyib ki, Vüsal Ələkbərova çıxışa hazırlaşmaq üçün yetərincə vaxt verilib.

Vüsal Ələkbərov daha sonra don sözlə çıxış edib. O bildirib ki, “Texnikabank”ın Bakı filialının rəhbəri olmuş Zal Yusifov, Nizami Kazımov və digərlərinin cinayət işi onun icraatında aparılıb: “Onlarla bağlı məhkəmə qərarları qəbul edilib. Nizami Kazımov və Hüseyn Səfərov MTN-nin düşdüyü hazırkı vəziyyətdən istifadə edirlər, mənə qarşı böhtan atırlar. Hüseyn Səfərov və Nizami Kazımovdan həbsdən azad olunmaları üçün heç bir məbləğdə pul tələb etməmişəm. Onlardan iş üzrə zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün pul alınıb. Həmin pullarda zərərçəkmişlərə verilib. Bundan başqa, Hüseyn Səfərovun mənə hədiyyə etdiyi bahalı telefonu bir gün sonra onun özünə qaytatmışam. Hüseyn Səfərovun mənə bağışladığı ov tüfəngi də istifadəyə yararsız olub və atmışam. Həmin tüfəngi hədə-qorxu yolu ilə tələb etməyim barədə ittiham da absurddur. Hüseyn Səfərov və Nizami Kazımov həbsdən azad olunandan sonra qardaşımın toyunda iştirak ediblər. Yaxşı ki, istintaq orqanı onların hədə-qorxu yolu ilə toya gətizdirməyim barədə ittiham verməyib”.

Vüsal Ələkbərov qeyd edib ki, iş adamı Namil Rzayevdən də pul alınmayıb. Onun sözlərinə görə, digər iş adamı Elşən Mədətov “Texnikabank”a depozit pul qoyub və həmin vəsait bankın rəhbəri olmuş Zal Yusifov tərəfindən mənimsənilib: “Elşən Mədətov Zal Yusifovun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb. Elşən Mədətovdan hədə-qorxu yolu pul tələb etməmişəm və almamışam. Mehrac Qurbanov banka 600 min avro vəsait qoyub və həmin vəsait də bank rəhbəri tərəfindən mənimsənilib. Mən Mehrac Qurbanovdan hədə-qorxu ilə pul almamışam”.

Vüsal Əlkıbərov bildirib ki, cinayət işində adı keçən digər zərərçəkmişlər – Bahəddin Sultanov, Müsənnif Salahov və Akif Qurbanovdan hədə-qorxu yolu ilə pul tələb etməyib. Onun sözlərinə görə, zərərçəkmişlər ona böhtan atırlar.

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar.

Hökm iyulun 10-da elan ediləcək.

Gununsesi.info