
Xəbər verdiyimiz kimi Türkiyənin Bodrum şəhərində Azərbaycanlı iş adamı Mübariz Mənsimovu əsəbləşdirən xoşagəlməz olay yaşanıb.
Gununsesi.info-nun xəbərinə görə, bir vaxtlar azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olan “Palmarina” istirahət mərkəzini idarə edən şəxslər orada Azərbaycan rəmzlərini siliblər. Belə ki, istirahət mərkəzinin girişində Azərbaycan bayrağının həkk olunduğu Bakının simvolu asılıb. Ən təəccüblü məqam isə burasındadır ki, bu loqonu sökən şəxslərin Azərbaycan vətəndaşları olduğu deyilir.
M. Mənsimovun sərt etirazından sonra bu səhvi edənlər yanlışlıqlarını düzəldib.
Gununsesi.info-nun xəbərinə görə, iş adamı özünün “Facebook” səhifəsində yeni qeyd paylaşaraq bildirib ki, Azərbaycan bayrağını yerinə qaytarıblar. O instagramdakı hesabında daha sonra bunları yazıb:
“Bəzən insanlara dərs vermıək lazımdır. Necə ki, qorxularından axşam-axşam oğrular kimi bayrağı yerinə asdılar. Ona görə də belə sayğılı olacaqsınız, digərini də yerinə qoyacaqsınız. Qorxaq şərəfsizlər!”.
Gununsesi.info











