Müdafiə Nazirliyinin Baş idarələrindən birinin yeni inzibati binasının açılışı oldu - FOTOLAR

  • By admin
  • 01 İyul 2017 12:54

2ab286fdc8b657dba58a6bba345b1ccc

Müdafiə Nazirliyinin Baş idarələrindən birinin əsaslı təmirdən sonra inzibati binasının açılış mərasimi keçirilib.

Bu haqda Gununsesi.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə iştirak edən Müdafiə Nazirliyinin rəhbərliyinə məlumat verilib ki, yüksək texnologiyalı bütün kommunikasiya xətləri, yeni mebel və digər zəruri avadanlıqla təchiz edilmiş üçmərtəbəli bina inzibati, xidməti iş otaqlarından və konfrans zalından ibarətdir.

Mərasimdə Baş İdarənin fəaliyyəti və xidmətin təşkili ilə bağlı ətraflı brifinq təqdim olunub.

Tədbir iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

51fd83a69bd36a41db7743f9cc08b0e2 032fd02130babf662c1fc7f5b3a4ea14 250c8ba6fe185a6b19799379e1e7c5a5 b4395a35e31beb71f9697ee5dfbd2cd7

Gununsesi.info