“Müdafiə Sənayesi Nazirliyi NAZ-Lifanla birləşdirilib Naxçıvana göndərilsin” - sabiq səfir naziri ələ saldı

  • By admin
  • 27 İyul 2016 15:20

72623D59-FCA1-458C-807E-B8542B985556_cx18_cy15_cw69_w987_r1_s_r1

 

“Müdafiə sənayəsi naziri Yavər Camalovun “Aksessuar İnşaat”, “Çinar market” mağazaları, “Kral”  şadlıq evi , “Olimpik Star” idman kompleksi, “Ambasador”, “Modern”, “Şafran”oteləri, “Niaqara” və “Qızıl Tac” restoranları biznes şəbəkəsi ona boş boş şeylərlə, yəni, müdafiə sənayesi ilə məşqul olmağa imkan vermir”.

Gununsesi.info xəbər verir ki, bunu  Azərbaycanın Avropa Şurası yanında keçmiş daimi nümayəndəsi, İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin sabiq rəhbəri Arif Məmmədov öz “Facebook” səhifəsində Şirvanda baş vermiş patlayışla bağlı paylaşdığı statusunda yazıb.
“Ona görə də təklif edirəm ki, Müdafiə Sənayesi Nazirliyi NAZ-Lifanla birləşdirilib Naxçıvana göndərilsin. Onsuz da hər ikisi oradan-burdan lazımsız nələrsə alıb, boya vurub “nazlifandiraşdırılıb” böyük uğur kimi təqdim edirlər.
O boyda prezidentin tapşırıq verməyinə baxmayaraq, heç kəsə lazım olmayan mallarını alan da yoxdur”-deyə, o, daha sonra yazıb.

yavercama230160726

 

Gununsesi.info