Mühacirətdə olan gənc valideyinlərindən imtina edir

  • By admin
  • 05 İyul 2016 14:00

mehmet

Avropada mühacir həyatı yaşayan gənc blogger Məhəmməd Mirzəlinin atası Göyçay rayon polis şöbəsinə aparılıb. Gununsesi.info xəbər verir ki, bu barədə adıçəkilən gəncin özü facebook səhifəsində bunu yazıb. Onun sözlərinə görə, sosial şəbəkələrdəki aktivliyi onun valideyinlərinə təzyiqlə nəticələnir: “Bu gün atam polisə yenidən aparılıb. Yenədə təhdid və sonuncu xəbərdarlıq.!
Mən bəyan edirəm ki, artıq mənim Mirzəliyev Fazil, və Mirzəliyeva Zümrüd adda rəsmən ata anam yoxdur. Sabah valideynlərim bunu rəsmiləşdirəcək, məni başa düşsəniz,qınamasanız sevinərəm”.

Onun sözlərinə görə, polis rəisi atasına oğlunun ermənilərə işlədiyini deyərək, ona böhtan atıb: “Mən Azərbaycanımı sevirəm. Sevdiyim üçün də mübarizə aparıram. Ermənilərə qarşı mübarizədə isə hər zaman varam!”