Münxen faciəsinə görə “Təhlükəsizlik kabineti”ndə bir araya gələcəklər

  • By admin
  • 23 İyul 2016 17:01

merke

Bu gün Berlində kansler Angela Merkelin və əlaqədar nazirlərin iştirakı ilə Almaniya hökumətinin fövqəladə iclasının keçirilməsi planlaşdırılır.

Gununsesi.info-nun mətbuata istinadən məlumatına görə, “Təhlükəsizlik kabineti”nə xarici işlər, daxili işlər, müdafiə nazirləri, federal kansler idarəsinin başçısı daxildir.

Məzuniyyətini keçirmək üçün ABŞ-a yola düşən AFR-in xarici işlər naziri Tomas de Mezyer Münxendə törədilən cinayətə görə səfərini yarımçıq qoyub. Təyyarə Nyu-Yorkda yerə enən kimi o, Almaniyaya qayıtmaq barədə göstəriş verib.

Gununsesi.info