İngiltərəli jurnalist Epşteynlə bağlı yeni iddialar ortaya qoydu

İngiltərəli jurnalist Saymon Endriş ABŞ-ın ticarət naziri Hovard Latnikin maliyyəçi Ceffri Epşteynlə işgüzar əlaqələrinin olduğunu göstərdiyini iddia etdiyi elektron məktub yazışmalarını ictimaiyyətə təqdim edib.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.

Keçmişdə BGC Partners şirkətində çalışmış Endriş bildirib ki, 2018-ci ilə aid yazışmalarda Latnik Epşteynlə bir şirkətin gələcəyi barədə fikir mübadiləsi aparıb. O, bu sənədləri Latnikin vəzifəyə təsdiqindən əvvəl ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinə təqdim etdiyini deyib.

Latnik komitədə Epşteynin şirkətlərində pay sahibi olduğunu yalnız son vaxtlar öyrəndiyini bildirsə də, Endriş bunun həqiqəti əks etdirmədiyini iddia edib. ABŞ Ticarət Nazirliyi isə iddiaları təsdiqləyən hər hansı sübutun olmadığını açıqlayıb.

Endrişin araşdırdığı sənədlərdə yer alan digər iddiaya görə, 2013-cü ildə Latnikin şirkətlərindən biri şahzadə Endryu ilə işgüzar əlaqə yaratmaq məqsədilə 1 milyon funt sterlinqlik borc prosesinə başlayıb.

BGC Partners bütün ittihamları rədd edərək onların əsassız olduğunu bildirib.

 

 

Şəbnəm 

Gununsesi.info