Gununsesi.info xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Düşünürəm ki, Livanın cənubundan və Suriyanın cənubunun bəzi hissələrindən çıxmaq yaxşı olardı. O zaman vəziyyətin bir qədər sakitləşdiyini görə bilərsiniz. Çünki enerjimizi daha böyük məsələyə – İrana yönəltməliyik”, – ABŞ Prezidenti qeyd edib.
Tramp, həmçinin Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraanın “Hizbullah”a qarşı əməliyyat keçirmək istədiyini deyib.
“Əhməd əl-Şaraa “Hizbullah”a qarşı əməliyyat keçirmək istəyərdi və bunu fərqli üsulla edərdi. O, binaları dağıtmazdı. Mən binaların dağıdılmasını görməyə nifrət edirəm. Düşünürəm ki, o, bunu daha dəqiq həyata keçirərdi”, – Tramp vurğulayıb.
“Fox News”un aparıcısının “Bunun üçün onun sizdən “yaşıl işıq” alması lazımdırmı?” sualına cavab olaraq Tramp “bu barədə düşünürəm”, – deyə cavab verib.(apa)










