Yuxu zamanı tənəffüs problemlərinin müalicəsində istifadə olunan UPPP əməliyyatının tibbi sığortaya daxil edilməsi məsələsi gündəmdədir.
TƏBİB İdarə Heyətinin sədri Anar Bayramov Gununsesi.info-nun bununla bağlı sualını cavablandırıb.
TƏBİB sədrinin açıqlamasına əsasən, söhbət UPPP – uvulopalafaringoplastika əməliyyat gedir.
Məlumata görə, bu prosedur LOR cərrahiyyəsi xidmətləri sırasında yer alır.
Anar Bayramov sözügedən əməliyyatın tibbi sığortaya daxil edilməsinin nəzərdə tutulduğunu bildirib.
Qeyd edək ki, hazırda bu əməliyyatın tibbi sığortaya hansı tarixdə daxil ediləcəyi məlum deyil.
Vüsal












