Magistraturaya boş qalan yerlər üzrə nəticələr açıqlanıb.
Boş qalan 1457 plan yerindən cəmi 508-i dolub, 949 yer isə yenidən boş qalıb.
Gununsesi.info bildirir ki, təhsil eksperti Məzahir Məmmədli bu rəqəmlərin sadəcə say göstəricisi olmadığını deyib.

Onun sözlərinə görə, magistraturada həm boş yerlər, həm də ali təhsilini davam etdirmək istəyən gənclər var. Lakin bu iki tərəf arasında ciddi uyğunsuzluq mövcuddur.
Məzahir Məmmədov bildirib ki, qəbul imtahanının quruluşu da bu baxımdan müzakirə olunmalıdır.
“Magistraturaya qəbul imtahanında suallar əsasən belə bölünür: məntiq üzrə 50 sual, informatika üzrə 25 sual, xarici dil üzrə 20 sual və xarici dil üzrə bir esse tapşırığı.
Ümumilikdə test hissəsində 95 sual yer alır.
Bu göstəricilər fonunda 949 plan yerinin yenidən boş qalması müzakirə edilməli məsələdir”.
Afət











