Taxta bazarında fəhlə öldü

  • Müəllif: Orxan
  • 02 Sentyabr 2026 14:20

Paytaxtın Nərimanov rayonunda yerləşən taxta bazarında ölüm hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, sentyabrın 1-i saat 07 radələrində Yevlax rayon sakini 1978-ci il təvəllüdlü Zaur Həmidovun meyiti bazar ərazisində tapılıb.

Ziya Bünyadov prospekti 507-də yerləşən bazarda meyiti tapılan şəxsin orada fəhlə işləməsi məlum olub.

Araşdırma aparılır.

Gununsesi.info