Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar

  • Müəllif: Orxan
  • 03 Sentyabr 2026 14:45

Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar.

Gununsesi.info xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova bununla bağlı qurumun adından ictimaiyyətə müraciət edib.

Müraciətdə qeyd olunub ki, bu kimi hallar ilk deyil:

“Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni nə qədər maarifləndirmə işləri aparılsa da, cərimələr tətbiq olunsa da, bu cür xoşagəlməz hallar davam edir. Biz rica edirik, güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada bu kimi halların yaşanmaması üçün birlikdə mübarizə aparaq”.

Gununsesi.info