“Şamaxinka”dan Biləcəriyə gedən yol bağlanacaq

  • Müəllif: Firuzə
  • 02 Sentyabr 2026 21:59

Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonu, Moskva prospektinin kənar yolu (Biləcəri enişi hissəsi) nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

Bu barədə Gununsesi.info -ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd ounub ki, təmir işlərinə 4 sentyabr saat 20:00-dan etibarən start veriləcəyi bildirilib.

“Məhdudiyyət proses başa çatanadək qüvvədə olacaq. Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

Gununsesi.info