Nəqliyyat, poçt və rabitə xidmətlərinin qiymətlərində dəyişiklik olub - Statistika Komitəsi

  • By admin
  • 26 Sentyabr 2016 07:55

statistika1

Bu ilin avqust ayında nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 1,9 faiz, o cümlədən yükdaşıma xidmətlərinin qiymətləri 2,2 faiz, sərnişindaşıma xidmətlərinin qiymətləri isə 0,7 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya bildirilib ki, ay ərzində poçt və kuryer xidmətlərinin qiymətləri də 0,1 faiz bahalaşıb, rabitə xidmətlərinin qiymətlərində isə dəyişiklik müşahidə olunmayıb.

Gununsesi.info