Naxçıvan əhalisinin sayı 463 mini ötdü

  • By admin
  • 23 İyun 2022 09:25

Naxçıvan əhalisinin sayı 463,5 min nəfəri ötüb.

Bu barədə Gununsesi.info Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir.

1 may 2022-ci il tarixə olan məlumata görə, muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 1 473 nəfər artaraq 463 min 585 nəfər olub.

Gununsesi.info