Nazarbayevdən xəbər var - "Özünü yaxşı hiss edir"

  • By admin
  • 13 Oktyabr 2016 10:08

Kazakhstan-president-Nursultan-Nazarbayev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev özünü yaxşı hiss edir.

Gununsesi.info  “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə prezidentin qızı Dariqa Nazarbayeva bildirib.

“Vəziyyəti xeyli yaxşılaşıb”- deyə, D. Nazarbayeva qeyd edib.

Qeyd edək ki, Qazaxıstan prezidentinin mətbuat xidməti N. Nazarbayevin soyuqdəymə ilə əlaqədar müalicə olunduğunu bildirib. Bu səbəbdən onun bütün beynəlxalq səfərləri həftə sonuna kimi təxirə salınıb.

N. Nazarbayevin oktyabrın 12-də Azərbaycana, oktyabrın 14-də isə Ermənistana səfəri nəzərdə tutulurdu.

Gununsesi.info