Nazir cəbhə bölgəsində yerləşən mobil səhra hospitalında olub

  • By admin
  • 12 Oktyabr 2016 15:07

zako-2

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən cəbhəyanı zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti burada fəaliyyət göstərən və yerli şəraitə uyğunlaşdırılmış mobil səhra hospitalında olublar.

Gununsesi.info Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ən müasir tibbi avadanlıqla tam təchiz edilən və müharibə şəraitində ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalında yaradılan şəraitlə tanış olan Müdafiə naziri müvafiq tapşırıqlarını verib.

Anar

Gununsesi.info