Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması “KİV haqqında” qanuna təklifdə əksini tapdı

  • By admin
  • 12 Oktyabr 2016 15:13

milli-meclis

Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında KİV işçilərinin fəaliyyəti əməliyyatı aparan orqan tərəfindən müəyyən ediləcək. 

Gununsesi.info-nun xəbərinə görə,  bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə olunan “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik təklifində əksini tapıb.

Qanun layihəsində qeyd edilib ki, dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə veriləcək.

Dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Gülnaz Qənbərli

Gununsesi.info