Nazir Gürcüstanın Azərbaycandakı səfirini qəbul edib

  • By admin
  • 07 Sentyabr 2016 12:22

camalov

Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teimuraz Şaraşenidzeni qəbul edib.

Gununsesi.info Müdafiə Sənayesi Nazirliyinin saytına istinadən xəbər verir ki, nazir Azərbaycan ilə Gürcüstan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini diqqətə çatdırdı və iki dost, qonşu dövlət arasında mövcud olan əlaqələrin daha da inkişaf edəcəyini əminliklə vurğulayıb.

Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Gürcüstanın Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi Giorgi Kvirikaşvili də iştirak edib.

Anar 

Gununsesi.info