
Serbiya baş nazirinin birinci müavini və Xarici İşlər naziri İviça Daçiç şam yeməyində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana türk dilində mahnı oxuyub.
Gununsesi.info xəbər verir ki, nazir Osman ağa mahnısını ifa edib. Videodan da göründüyü kimi, Serbiya XİN başçısı əlində mikrofon tutaraq Türkiyə və Serbiya prezidentlərinin əyləşdiyi masaya yaxınlaşaraq türkünü söyləyib. Nazirin çıxışı alqışlarla qarşılanıb.
https://www.youtube.com/watch?v=9TK8bLMY42E
Gununsesi.info












