Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Əhməd Əşrəf Fakıbaba kəndliləri böyük şəhərləri tərk etməyə və kənd təsərrüfatı ilə məşğul olmağa çağırıb.
Gununsesi.info xəbər verir ki, nazir kəndlərə qayıdacaq kəndlilərə 300 baş kiçik buynuzlu mal-qara, eləcə də əlavə əməkhaqqı veriləcəyini deyib.
Nazir vurğulayıb ki, Türkiyə hökuməti heyvandarlığın inkişafı proqramını işə salır.
O əlavə edib ki, mal-qaranın sayının artacağı təqdirdə nazirlik kəndlilərdən mal-qaranı satın ala bilər.
Gununsesi.info