Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Lütfi Zadənin ünvanına dediyi sözlərə görə ÜZR İSTƏDİ

  • Müəllif: admin
  • 08 Sentyabr 2017 14:06
akif
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli dünyaca məşhur azərbaycanlı alim Lütfi Zadənin ölümünin təşkili ilə bağlı jurnalistin sualına cavab olaraq, ona qarşı təhqiramiz “findıqbaş”, “balqabaqbaş” ifadələri işlətdiyinə görə ölkə ictimaiyyətindən üzr istəyib. 
Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli açıqlama yayıb. 
Açıqlamada bildirilir ki, ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi Zadənin harada dəfn ediləcəyi ilə bağlı “qafqazinfo”nun müxbirinin səhər-səhər hələ iş başlamamış, hələ qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış ona verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub:
“Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin!” 
Gununsesi.info