Nazirlikdən əhaliyə Novruz -XƏBƏRDARLIĞI + VİDEO

  • Müəllif: admin
  • 13 Mart 2017 10:08
fhn
Fövqəladə Hallar Nazirliyin Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müarciət ünvanlayıb.
Gununsesi.info  FHN-ə istinadən xəbər verir ki,  müraciətdə  Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək  və bu qaydalara əməl etmək tövsiyyə olubub.
FHN-nin əhaliyə müraciətdində  bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır; tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır; tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır; tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər; yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
FHN onu da bəyan edib ki, hər hansı təhlükə zamanı  təcili olaraq 112-yə zəng vurmağı tövsiyyə edib.

Mürtəza
Gununsesi.info