
Xalq artisti Nazpəri Dostəliyeva ilə əməkdar artist Elza Seyidcahan arasında qalmaqal səngimək bilmir. “Qafqazinfo” xəbər verir ki, iki küsülü məşhur münsif olduğu “Azərbaycanın səsi” yarışmasında yenə gərgin anlar yaşayıb.
N. Dostəliyeva həmkarının proqramda iştirakçılar barədə çox rəy verməsinə etiraz edib: “Saatlarla fikir söyləməyə, nağıl danışmağa vaxtımız var?”
Elza Seyidcahan isə tez sənətçinin fikrini yarımçıq qoyaraq irada münasibət bildirib: “Fikir dəyərlidirsə, günlərlə dinləmək olar. Əgər fikirlərdə pafos varsa, bir saniyə belə qulaq asmaq olmaz. Mənim şərhim dəyərlidir. Hər kəsin şəxsi fikri var. Burada inciyəcək nə var?”
Dostəliyeva isə canlı efirdə iradında haqlı olduğunu qeyd edib:“Mən həmişə demişəm, yenə də sözümün üstündəyəm. Heç vaxt burada “Mən- mən” deməyəcəm. “Kim nə vaxtsa, səhnədə necə olub, nə deyib” kimi xırdalıqlar etməyəcəm. Mən konkret fikrimi deyirəm”.











