Neft 80 dollara yaxınlaşır

  • Müəllif: admin
  • 17 May 2018 10:07

Mayın 17-də dünya birjalarında neftin qiyməti bahalaşıb.

Gununsesi.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,23 dollar və ya 0,32% artaraq, 71,72 dollar olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,10 dollar  ya 0,13% artaraq, 79,38 dollar təşkil edib.

Gununsesi.info