
Neftçalada yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonda vətəndaşa məxsus ümumi sahəsi 104 m² olan qamışdan ibarət birmərtəbəli 3 otaqlı evdə baş verib.
Nəticədə evin 1 otağının yanar konstruksiyaları 28 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 00:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info