“Neftçi” futbolçusu ilə müqavilənin müddətini artırdı

  • Müəllif: admin
  • 01 Noyabr 2017 21:45

“Neftçi” PFK futbolçu Rəhman Hacıyevlə gələn ilin yanvar ayında bitən müqavilənin müddətini artırıb.

Gununsesi.info klubun saytına istinadən məlumat verir ki, 24 yaşlı yarımmüdafiəçi bu gün 2018/2019 mövsümünün sonunadək olan anlaşmanı imzalayıb.

Qeyd edək ki, R.Hacıyev 2015-ci ildən “Neftçi”də çıxış edir.

Gununsesi.info