Netanyahu Azərbaycana “ qışda gələcəm” dedi

  • By admin
  • 06 İyul 2016 12:12

 

 

Israeli Prime Minister Benjamin Netanyahu speaks during a press conference at the Prime Minister's office in Jerusalem, Tuesday, Oct. 9, 2012. Netanyahu has ordered new parliamentary elections in early 2013, roughly eight months ahead of schedule. (AP Photo/Bernat Armangue)

İsrailin baş naziri  Benyamin Netanyahu  Azərbaycana qış aylarında səfər edəcək.

Gununsesi. info-nun APA-ya istinadən məlumatına görə,  bu barədə  “The Times of İsrael” qəzeti xəbər yayıb.  Qəzetin yaydığı məlumata görə, bu barədə baş nazirin özü Keniyada səfəri zamanı bildirib. B. Netanyahu deyib ki, İsrail Fələstin mövzusunda və diplomatik münasibətlərdə mövqeyini möhkəmləndirmək üçün yeni alyanslar qurur.

Baş nazir bu siyasət çərçivəsində qış aylarında Qazaxıstan və Azərbaycana səfər edəcəyini açıqlayıb. O, səfərin dəqiq tarixini deməyib.

Gununsesi.info