Norveç və San-Marino yığmaları ilə oyunlar üçün Azərbaycan millisinin heyəti açıqlandı

  • Müəllif: admin
  • 23 Avqust 2017 20:15

marino

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Oslo şəhərində Norveç, sentyabrın 4-də isə Bakıda San-Marino yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Gununsesi.info AFFA-ya istinadla xəbər verir ki, heyətə Kamran Ağayev (“Mlada”, Çexiya), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“Neftçi”), Tərlan Quliyev (“İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hər üçü “Qarabağ”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Maqomed Mirzabekov (“Neftçi”), Ürfan Abbasov (“Qəbələ”), Ruslan Abışov (“Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev (hər ikisi “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Təmkin Xəlilzadə (“Zirə”), Mahir Mədətov (“Qarabağ”), Cavid Hüseynov (“Qəbələ”), Araz Abdullayev (“Anortosis”, Kipr), Əfran İsmayılov, Riçard Almeyda, Ağabala Ramazanov (hər üçü “Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Namik Ələskərov (“Neftçi”), Ramil Şeydayev (“Jilina”, Slovakiya) və Renat Dadaşov (“Ayntraxt”, Almaniya) dəvət olunublar.

Gununsesi.info