Növbəti intihar xəbəri Gəncədən gəldi - 42 yaşlı qadın sirkə içdi

  • By admin
  • 07 İyul 2016 16:29

int-1

Gəncədə 42 yaşlı qadın intihar edib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, şəhər sakini, 1974-cü il təvəllüdlü Qurbanova Tünzalə Vaqif qızı sirkə turşusu içərək özünü öldürüb. Qadının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info