Nura: “Bizimkiləri xaricdə aldadırlar”

  • Müəllif: admin
  • 11 Avqust 2016 22:46

nura

Müğənni Nura Suri oğlu Davidlə birgə Bodrumda istirahətdədir.

Qafqazinfo xəbər verir ki, sənətçi sosial şəbəkədə tətil etdiyi məkandan şikayətlənib.

N.Suri bildirib ki, özlərinə 1 manata olan malı bizimkilərə 100-ə satırlar:

“Bodrumda “wifi” ciddi problemdir! Super otellərdə belə “wifi” yaxşı işləmir. Bizimkilərə də “lox” kimi baxırlar. Özlərinə 1 manata olan malı bizimkilərə 100-ə satırlar. Havası, suyu, otelləri qəşəng olmasa, heç vaxt bura gəlmərəm.

Biz isə onlara qonaq deyib, hər şeyin ən yaxşısını qabaqlarına qoyuruq. Halbuki, burada turizm azərbaycanlıların pulu ilə inkişaf edib”.